Millimizin üzvü Koreyada 3 xala sevindi - VİDEO
Cənubi Koreya çempionatında 35-ci turun oyunları keçirilir.
Sportify.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” evdə “İnçeon”la qarşılaşıb.
Görüş “Daejeon”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Krivotsyuk matça start heyətində başlayıb və sona qədər meydanda olub.
“Daejeon” 53 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.



No Comment! Be the first one.