“Valensiya”nın ümumi borcu 592,8 milyon avroya çatdı
“Valensiya” futbol klubunun ümumi maliyyə borcu 592,8 milyon avro təşkil edir.
Sportify.az xəbər verir ki, bu barədə AS nəşri İspaniya klubunun illik maliyyə hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, borcun artmasına “Nou Mestalla” stadionunun tikintisinin bərpa edilməsi səbəb olub. Öhdəliklərin 93 faizi – 551,84 milyon avro – uzunmüddətli borcların payına düşür. Bu məbləğə iş adamı Piter Limlə əlaqəli kreditlər üzrə təxminən 42 milyon avro da daxildir.
Dekabrın 9-da keçiriləcək səhmdarların ümumi yığıncağında həmin 42 milyon avroluq borcun klubun səhmlərinə çevrilməsi təklifi müzakirə olunacaq.
“Valensiya” əvvəlki maliyyə ilini 320 min avro xalis mənfəətlə başa vurub.
La Liqada 12 turdan sonra 9 xalı olan komanda 19-cu pillədə qərarlaşıb. “Yarasalar” növbəti oyununu noyabrın 10-da İspaniya Kubokunda “Tavernes”ə qarşı keçirəcək.



No Comment! Be the first one.