Marcus Keene: Yağışlı günlər əbədi davam etmir
FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “Sabah” basketbol komandası Bakıda Türkiyənin “Trabzonspor” kollektivini 91:72 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, matçdan sonra “Trabzonspor”un basketbolçusu Marcus Keene matçla bağlı fikirlərini bölüşüb:
“Bu, bizim üçün çox məyusedici nəticədir. Hazırda komandamız daxilində çətin dövr yaşayırıq. Buna baxmayaraq, meydana çıxıb mübarizə aparmağa çalışırıq. Lakin komanda olaraq kifayət qədər konsentrasiyalı deyilik. Düzəltməli olduğumuz məqamlar var. Mübarizə aparmağa çalışırıq, amma hazırda bu, bizim xeyrimizə işləmir. Sadəcə, çalışmağa davam etməliyik. Mən “yağışlı günlər əbədi davam etmir” fikrinə inanıram. Ona görə də komanda olaraq birliyimizi qoruyub saxlamalıyıq”.
Bahar RÜSTƏM



No Comment! Be the first one.