Nərimanın klubuna məğlubiyyət Messini özündən çıxardı – VİDEO
ABŞ klubu “İnter Mayami” MLS-in pley-off mərhələsinin ilk qarşılaşmasında doğma meydanda “Kolambus Kru”ya 0:3 hesabı ilə uduzub.
Sportify.az xəbər verir ki, görüşdə “İnter Mayami”nin hücumçusu Lionel Messi qolları ilə yadda qalmayıb.
Argentinalı ulduzun komandası 0:1 hesabı ilə geridə ikən aut atışı zamanı etdiyi hərəkət isə diqqət çəkib. O, topu qəsdən rəqib futbolçu Qonsalo Tapiyanın sifətinə atıb. Baş hakim Allen Çepmen hər iki oyunçuya sarı vərəqə göstərib.
Çepmen Messini qırmızı vərəqə ilə cəzalandırmamasını belə əsaslandırıb: “Tətbiq edilən güc cüzi olub və hüquq pozuntusu zorakı davranış səviyyəsinə çatmayıb”.
Komandalar arasında cavab görüşü noyabrın 28-də keçiriləcək.
“İnter Mayami” Şərq Konfransını 60 xalla ikinci, “Kolambus Kru” isə 47 xalla yeddinci pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə “Kolambus Kru”nun üzvüdür. Hazırda 22 yaşlı hücuçu icarə əsasındə Türkiyə təmsilçisi “Erzurumspor”da forma geyinir.



No Comment! Be the first one.