Formula 1: Las Veqas Qran Prisinin qalibi bəlli oldu
Formula 1 üzrə dünya çempionatının 2026-cı il mövsümünün 21-ci mərhələsi – Las Veqas Qran-prisinin qalibi müəyyənləşib.
Sportify.az xəbər verir ki, ABŞ-də keçirilən yarışda “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen birinci olub.
Dördqat dünya çempionu 50 dövrəni 1 saat 27 dəqiqə 39,624 saniyəyə tamamlayıb.
Ferstappen finişə ən yaxın izləyicisi, “McLaren”in britaniyalı pilotu Lando Norrisdan 0,639 saniyə əvvəl çatıb. Eyni komandanın digər pilotu Oskar Piastri isə qalibdən 1,529 saniyə geri qalaraq üçüncü yeri tutub.
Yarışın gedişində Ferstappen Corc Rassell, İsak Həcar, Andrea Kimi Antonelli və Lando Norrisla liderlik uğrunda mübarizə aparıb. Finişə az qalmış Rassell Antonelli ilə mübarizədə trasdan çıxaraq baryerə çırpılıb və ikinci yerdən ilk onluğun sonuna geriləyib. Həcar isə ön qanadının zədələnməsi səbəbindən əlavə pit-stop etməli olub və xal zonasından kənarda qalıb.



No Comment! Be the first one.