“Arsenal” səfərdə xal itirdi
İngiltərə Premyer Liqasının XI turunda “Arsenal” səfərdə “Nyukasl”la qarşılaşıb.
Sportify.az xəbər verir ki, görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Matçda hesabı 33-cü dəqiqədə Ebereçi Eze açıb. İkinci hissədə meydan sahibləri 49-cu dəqiqədə Harvi Barnsın, 62-ci dəqiqədə isə Malik Tiaunun qolları ilə önə keçiblər. “Arsenal” 78-ci dəqiqədə Maduekenin qolu ilə hesabı bərabərləşdirib.
Qarşılaşmada başqa qol vurulmayıb və tərəflər hərəyə 1 xalla kifayətləniblər.
Beləliklə, 5 oyunluq qələbə seriyası başa çatan “Arsenal” xallarının sayını 28-ə çatdırıb. Ardıcıl 3-cü matçda qələbə qazana bilməyən “Nyukasl”ın isə 13 xalı var.



No Comment! Be the first one.