Qazaxda İdman Festivalı başa çatdı – FOTOLAR
“İdman Paytaxtı” layihəsi çərçivəsində Qazax şəhərində təşkil olunan İdman Festivalı başa çatıb.
Sportify.az xəbər verir ki, 2026-cı ilin “İdman səfirləri” Vəfa Musayeva, Aynur Yusufova və Elçin Əsədov tonqal ətrafında festival iştirakçıları ilə görüşüblər. Səmimi atmosferdə baş tutan görüş zamanı səfirlər idmançılarla söhbətləşib, onların suallarını cavablandırıblar.
Tanınmış bloqer Ruslan Aslanov da festival iştirakçıları ilə bir araya gələrək gənclərlə fikir mübadiləsi aparıb və onları maraqlandıran sualları cavablandırıb.
Heydər Əliyev parkında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar da nümayiş etdirilib. İdmançılar təmsil etdikləri növlərin texnika və hərəkətlərini göstərərək öz bacarıqlarını sərgiləyiblər.
Festival çərçivəsində Mərdan Kazımov və “44 Band”ın iştirakı ilə konsert proqramı da keçirilib.
Tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.


No Comment! Be the first one.