Bakıda 200-dən çox xanım karateçinin iştirakı ilə seminar keçirildi
Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Bakıda xanım idmançılar üçün seminar təşkil olunub.
Sportify.az xəbər verir ki, WKF karate üzrə Avropa çempionu Mədinə Sadıqovanın iştirakı ilə keçirilən seminara yeniyetmə, gənc və böyüklər yaş qruplarını təmsil edən 200-dən çox xanım karateçi qatılıb.
Tədbirin açılış mərasimində Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, federasiyanın İdarə Heyətinin üzvləri, media nümayəndələri və idman ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Seminarın əsas məqsədi ölkədə qadın karatesinin inkişafına dəstək vermək, bu idman növünün xanımlar arasında kütləviliyini artırmaq, eləcə də müxtəlif yaş qruplarından və klublardan olan idmançılar arasında birlik və həmrəyliyi gücləndirmək olub.
Avropa çempionu Mədinə Sadıqovanın iştirakı gənc karateçilərin təcrübə mübadiləsi aparması, beynəlxalq nailiyyətlər qazanmış idmançı ilə ünsiyyət qurması və gələcək uğurlara motivasiya qazanmaları baxımından əhəmiyyət daşıyıb.
Seminar zamanı xanımların idmanda fəal iştirakının təşviqi, sağlam həyat tərzi, nizam-intizam, qarşılıqlı hörmət və komanda ruhunun gücləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib.
Azərbaycan Karate Federasiyası qadın karatesinin inkişafı, istedadlı idmançıların üzə çıxarılması və yeni nəslin idmana cəlb olunması istiqamətində tədbirləri davam etdirməyi planlaşdırır.
















No Comment! Be the first one.