Çempionlar Liqası: "Traktor"dan heç-heçə
“Traktor” Asiya Çempionlar Liqasının əsas mərhələsində 4-cü tur oyununa çıxıb.
Sportify.az xəbər verir ki, Təbriz təmsilçisi öz meydanında Özbəkistanın “Neftçi” klubunu qəbul edib. Matç qollu heç-heçə ilə yekunlaşıb.
“Traktor” – “Neftçi” – 2:2
Qollar: Perika, 55 (0:1), Strkalj, 82 (1:1), Yovoviç, 90+4 (1:2), Kazemayn, 90+9 (2:2)
Bununla da, “Traktor” cari mövsüm ÇL-in əsas mərhələsində ikinci xalını qazanıb. Cənubi Azərbaycan təmsilçisi 4 turdan sonra 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.


No Comment! Be the first one.