Dakar-2026: Cüdoçumuz finala vəsiqə qazandı
Azərbaycan cüdoçusu İbrahim Talıbov Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ardıcıl ikinci qələbəsini qazanaraq final mərhələsinə vəsiqə əldə edib.
Sportify.az xəbər verir ki, -55 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz yarımfinalda Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı da mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, yarışa 1/4 final mərhələsindən başlayan cüdoçumuz ilk görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı məğlub edib.



No Comment! Be the first one.