Dünya çempionatı: Güləşçilərimizdən son gündə bir bürünc medal YENİLƏNDİ
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatına bun gün yekun vurulacaq.
Sportify.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın sərbəst güləş millisinin dörd üzvü bürünc medal uğrunda yarışıblar.
Cəbrayıl Hacıyev (79 kq) Belarus təmsilçisi bürünc uğrunda dueldə Məhəmmədhəbib Hacıməhəmmədovla bacarmayıb.
İslam Bazarqanov (57 kq) rusiyalı Abubakar Mutalıyevlə üz-üzə gəlib və döşəyi əliboş tərk edib.
Ali Tsokayev (92 kq) iranlı Amirhüseyn Firuzpurbandpeylə bürünc medal uğrunda yarışıb və qələbəni bayram edib.
Turan Bayramov (74 kq) isə 3-cü yer üçün yaponiyalı Yoşinosuke Aoyaqi ilə qarşılaşıb və yekunda məğlub olub.
Xatırladaq ki, yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb. Sərbəst güləşçilərdən isə Arseniy Djioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) isə bürünc mükafata sahib çıxıb.



No Comment! Be the first one.