Dünya çempionatında daha bir medal
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycan milli komandası daha bir medala sahib olub.
Sportify.az xəbər verir ki, batut gimnastikası üzrə qarışıq sinxron proqramda Selcan Mahsudova – Maqsud Mahsudov dueti gümüş medala sahib olub.
Bacı-qardaş tandemi finalda 52.010 xal toplayaraq qarışıq sinxron proqramda ilk dəfə dünya çempionatının gümüş mükafatçıları sırasında yer alıblar.
Birinci yeri Belarus təmsilçiləri tutub, Yaponiya gimnastları isə bürünc medala sahib olublar.
Qeyd edək ki, Azərbaycan gimnastları dünya çempionatında digər proqramlar üzrə də mübarizələrini davam etdirirlər.



No Comment! Be the first one.