Durant Brayantı geridə qoya bilər
38 yaşlı amerikalı basketbolçu, “Hyuston Rokets”in forvardı Kevin Durant tezliklə NBA tarixinə düşə bilər.
Sportify.az xəbər verir ki, o, müntəzəm çempionatların ən məhsuldar basketbolçuları siyahısında əfsanəvi Kobi Brayantı geridə qoyaraq dördüncü pilləyə yüksələ bilər.
Durantın hesabında 32751 xal var. Brayant isə karyerasını 33643 xalla başa vurub.
Beləliklə, Durantın beşqat NBA çempionunu geridə qoymaq üçün daha 893 xal toplaması lazımdır. “Hyuston”un basketbolçusu cari müntəzəm çempionatın yeddi oyununda orta hesabla 22 xal toplayıb. Əgər Durant bu məhsuldarlıq tempini qoruyarsa, dördüncü pilləyə yüksəlmək üçün təxminən 41 oyuna ehtiyacı olacaq.



No Comment! Be the first one.