Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti, karate üzrə dünya və Avropa çempionu, VIII Dan qara kəmər sahibi Ülvi Zahid oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Sportify.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 16-da imzaladığı Sərəncamda qeyd olunub.
Sərəncama əsasən, Ülvi Quliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeninə layiq görülüb.
Qeyd edək ki, Ülvi Quliyev uzun illərdir ictimai-siyasi fəaliyyətlə yanaşı, Azərbaycan idmanının, xüsusilə karate idman növünün inkişafına töhfə verir. O, karate üzrə dünya və Avropa çempionu, VIII Dan qara kəmər sahibidir. Hazırda Azərbaycan Karate Federasiyasının prezidentidir.



No Comment! Be the first one.