Fermin Lopes: "Əsl səviyyəmizə qayıda bildik"
İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Fermin Lopes İspaniya çempionatının XX turunda “Alaves” üzərində 6:1 hesablı qələbəni və komandanın son uğursuz nəticələrdən sonra toparlanmasını dəyərləndirib.
Sportify.az xəbər verir ki, futbolçu bu barədə DAZN-a danışıb.
“Bizim üçün çətin həftə oldu. Düşünürəm ki, vəziyyəti dəyişmək üçün “Kamp Nou”ya qayıdaraq azarkeşlərimizin qarşısında oynamaqdan daha yaxşı ssenari ola bilməzdi. Hesab edirəm ki, yaxşı oyun nümayiş etdirdik və əsl səviyyəmizə qayıda bildik. İndi də məhz belə oynamağa davam etməliyik” – deyə Fermin Lopes bildirib.
Qeyd edək ki, “Barselona” bundan əvvəl Çempionlar Liqasında PSJ-yə 2:4, La Liqada isə “Real Madrid”ə 1:2 hesabı ilə məğlub olmuşdu.



No Comment! Be the first one.