Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatmağa yaxındır
Almaniyanın “Bavariya” klubunun hücumçusu və “Qızıl top”un sahibi Harri Keyn Münhen klubu ilə yeni uzunmüddətli müqavilə imzalamaq üzrə olduğunu təsdiqləyib.
Sportify.az xəbər verir ki, ingilis futbolçu bu barədə jurnalist Florian Plettenberqə məlumat verib.
“Bu, həftələrlə deyil, bir neçə günlə həll olunacaq məsələdir. Həftəsonu çox müsbət danışıqlar apardıq və bu gün də müzakirələri davam etdirdik. Müqavilənin uzadılması qaçılmazdır. Sadəcə, bir neçə kiçik detalı razılaşdırmaq qalır” – deyə Keyn bildirib.
İnsayderin məlumatına görə, İngiltərə millisinin 33 yaşlı kapitanı ilə imzalanacaq yeni müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, Harri Keyn 2023-cü ilin avqustunda İngiltərənin “Tottenhem” klubundan “Bavariya”ya keçib. İngiltərəli hücumçu oktyabrın 26-da Londonda keçirilən mərasimdə ilk dəfə karyerasında “Qızıl top” mükafatına layiq görülüb.



No Comment! Be the first one.