Azərbaycan 2-ci liqasında 10-cu tur davam edir.
Sportify.az xəbər verir ki, bu gün – 2-ci oyun günündə keçirilməsi nəzərdə tutulan “Şirvan” – “Marafon” matçı yağşlara görə qazonun uyğunsuz vəziyyətə gəlməsi səbəbilə sabaha təxirə salınıb. Digər oyunlarda isə “Hypers” “Kür-Araz”la, “Qaradağ Lökbatan” isə “Ağdaş”la qarşılaşıb.
9 noyabr (bazar ertəsi)
14:00. “Şirvan” – “Marafon” (SABAHA TƏXİRƏ SALINDI)
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Mehdi Yusifov
Şirvan OİK stadionu
15:00. “Hypers” – “Kür-Araz” 4:0
Qollar: İmran Azaxov, 44, Asim Babazadə, 45, 55-penalti, Elariz Xəlilli, 63.
Hakimlər: Nahid Xasıyev, Ruslan Məmmədov, Sadiq Əliyev, Rəsul Babayev
Bərdə şəhər stadionu
15:00. “Qaradağ Lökbatan” – “Ağdaş” 5:0
Qollar: Əjdər Hacılı, 5, Rəhman Quliyev, 43, İlkin Əliyev, 53-penalti, 75, Tural Axverdiyev, 80.
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Hüseyn Vəliyev, Ləman Əmirli
Lökbatan OİK stadionu
10 noyabr (çərşənbə axşamı)
14:00. “Difai” – “Zəngəzur”
Hakimlər: Kamil Aydınov, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva
“Palms Sports Futbol Mərkəzi” (IV meydança)
15:00. “Şəki” – “Dinamo”
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Musayev
Zaqatala OİK stadionu
8 noyabr (bazar)
“Şəmkir” – “Ağstafa Gəncləri” – 0:1



No Comment! Be the first one.