Karlos Espi: Qol vuranda bütün komanda üstümə atıldı
İspaniya klubu “Real Madrid”in hücumçusu Karlos Espi “Selta”ya qarşı İspaniya La Liqasının XIII turunun oyununda qazandıqları qələbədən (2:1) sonra təəssüratlarını bölüşüb.
Sportify.az xəbər verir ki, 21 yaşlı futbolçu vurduğu qələbə qolundan sonra yaşadığı hissləri bölüşüb:
“Çox xoşbəxtəm, bədənim ürpərir! Qolu qeyd edərkən bütün komanda üzərimə atıldı”.
Qeyd edək ki, Karlos Espi matçın 78-ci dəqiqəsində meydana daxil olub, 85-ci dəqiqədə isə “Real”a qələbə qazandıran qolu vurub.
Bu qələbə ilə Madrid təmsilçisi bütün turnirlərdə ardıcıl 9-cu dəfə qalib gəlib. “Real” 13 turdan sonra 33 xalla La Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb.



No Comment! Be the first one.