"Turan"ın Çempionlar Liqasındakı ilk oyununun vaxtı açıqlandı
Noyabrın 2-dən bir həftə ərzində CEV Çempionlar Liqası və CEV Çelenc Kuboku, həmçinin qadın və kişi voleybolçular arasında Azərbaycan Super Liqasının oyunları keçiriləcək.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Tovuzun “Turan” komandasının Bolqarıstan “Maritsa”sı ilə ilk görüşü noyabrın 3-də Plovdivdə təşkil olunacaq.
Kolodruma İdman Zalında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.
Noyabrın 6-da isə qadın voleybolçuların Super Liqasına start veriləcək.
Sportify.az həftənin bütün qarşılaşmalarının proqramını təqdim edir:
3 noyabr
CEV Çempionlar Liqası (Kişilər)
II təsnifat mərhələsi, 1-ci oyun
18:00. “Xilasedici” – “Sportinq” (Portuqaliya)
FHN-in idman zalı
3 noyabr
CEV Çempionlar Liqası (Qadınlar)
III təsnifat mərhələsi, ilk oyun
20:30. “Maritza Plovdiv” (Bolqarıstan) – “Turan”
Bolqarıstan, Plovdiv, Kolodruma İdman Zalı
4 noyabr
Super Liqa (Kişilər)
III tur
16:00. “AZERRAIL” – “ORDU”
GİN-in Voleybol Mərkəzi
5 noyabr
CEV Çelenc Kuboku (Qadınlar)
1/32 final mərhələsi, cavab oyunu
18:00. “DH Volley” – “Holte IF” (Danimarka)
FHN-nin idman zalı
6 noyabr
Super Liqa (Qadınlar)
I tur
16:00. “Milli Aviasiya Akademiyası” – “Gəncə”
MAA VK-nın idman zalı
6 noyabr
Super Liqa (Qadınlar)
I tur
16:00. “Azərmaş Abşeron” – “Naxçıvan”
GİN-in Voleybol Mərkəzi
6 noyabr
Super Liqa (Kişilər)
III tur
17:00. “Gənclər” – “Xilasedici”
Abşeron OİK
6 noyabr
Super Liqa (Kişilər)
III tur
18:00. “Murov Az Terminal” – “Neftçi”
GİN-in Voleybol Mərkəzi
7 noyabr
Super Liqa (Qadınlar)
II tur
14:00. “Murov Az Terminal” – UNEC
“Murov Az Terminal” VK-nın idman zalı.



No Comment! Be the first one.