Luis Enrike: "O, dünyanın ən yaxşı sağ cinah müdafiəçisidir"
Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike ölkə çempionatının 9-cu turunda “Havr” üzərində 5:1 hesablı qələbədə üç qol vuran və iki məhsuldar ötürmə edən Əşrəf Hakiminin çıxışını yüksək qiymətləndirib.
Sportify.az xəbər verir ki, bu barədə mütəxəssis “L’Équipe” nəşrinə danışıb.
“Bu, Əşrəf Hakimi üçün möhtəşəm axşam idi. Heç müdafiəçinin bir oyunda üç qol vurub iki məhsuldar ötürmə etdiyini görmüsünüz? Bəli, Hakimi kapitanımızdır. Onun güclü tərəflərini çox yaxşı bilirik. Əslində, o, daha çox hücumçuya bənzəyir: irəlidə oynayır, boş zonalara açılmağı və məhsuldar ötürmələr etməyi bacarır. Top bizdə olanda o, tamamilə hücumameyilli futbolçudur. Top rəqibdə olanda isə hamı müdafiəçiyə çevrilir. O, dünyanın ən yaxşı sağ cinah müdafiəçisidir. Lakin məni onun üç qol vurması qədər başqa məqamlar da təsirləndirir. Onun daim yüksək səviyyədə çıxış etməsi və hər oyuna hazır olması xoşuma gəlir. Bu, komandamız üçün çox böyük əhəmiyyət daşıyır” – deyə Enrikeni bildirib.



No Comment! Be the first one.