Messinin şərəfinə bir dəqiqəlik alqış
Argentina Futbol Assosiasiyası (AFA) milli komanda karyerasını başa vuran Lionel Messiyə xüsusi ehtiram göstərəcək.
Sportify.az xəbər verir ki, AFA-nın qərarı ilə Argentina çempionatının bütün divizionlarında növbəti turun oyunları ilk hissənin 10-cu dəqiqəsində dayandırılacaq və Messi üçün 1 dəqiqəlik alqış təşkil olunacaq.
Qərar kişilər və qadınlar arasında futbol, futzal və çimərlik futbolunun bütün kateqoriyalarına şamil ediləcək.
AFA-nın açıqlamasında bildirilib ki, stadionda elektron tablo olduqda, qarşılaşmadan əvvəl Messi ilə bağlı hazırlanmış rəsmi videoçarx da nümayiş etdirilməlidir.
Qeyd edək ki, Lionel Messi daha əvvəl Argentina millisində karyerasını başa vurduğunu açıqlayıb. 39 yaşlı hücumçu yığmanın heyətində 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi, 2022-ci ildə Finalissima çempionu, 2008-ci ildə isə olimpiya çempionu olub.



No Comment! Be the first one.