PSJ-də ciddi itki
PSJ klubu rəsmi saytı vasitəsilə hücumçu Dezire Dueyə sağ dizinin ön çarpaz bağının qopması diaqnozu qoyulduğunu təsdiqləyib.
Sportify.az xəbər verir ki, 21 yaşlı futbolçu ayın sonunda əməliyyat olunacaq.
Due Fransa Liqa 1-in 11-ci turunda “Nitsa” ilə keçirilən və 2:3 hesabı ilə başa çatan matçda zədələnib. Görüşün ilk hissəsinin sonlarında vinger meydançanı xərəkdə tərk edib.
Qeyd edək ki, Due cari mövsümdə bütün turnirlərdə 15 matçda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun PSJ ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.


No Comment! Be the first one.