"Qalatasaray" uduzdu, "Barselona" və PSJ-dən darmadağın
UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk turun daha 6 oyunu keçirilib.
Sportify.az xəbər verir ki, Türkiyə təmsilçilərindən olan “Qalatasaray” Portuqaliyada “Sportinq”lə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1. 5-ci dəqiqədə Qonsalu İnasiu topu öz qapısına keçirərək, qonaqları hesabda önə çıxarıb. Lakin Jeni Katamu 27-ci dəqiqədə bərabərlik qolunu vurub.
Fasilədən sonra isə Luis Suares penaltidən 57-ci, Rodriqo Salasar 63-cü dəqiqədə fərqlənib. Beləliklə, “Qalatasaray” Çempionlar Liqasına məğlubiyyətlə başlayıb.
Turnirin son iki mövsümdəki qalibi PSJ Fransada Slovakiyanın “Slovan Bratislava” komandasını darmadağın edib – 6:1. Yeni transfer Ferran Torresin “het-trik” etdiyi qarşılaşmada Usman Dembele “dubl” müəllifi olub. PSJ-nin daha bir qolunu Fabian Ruis vurub. Qonaq komandadan isə Suleyman Kamara təsəlli qoluna imza atıb.
Torresin sabiq klubu İspaniya “Barselona”sı da böyük hesablı qələbə qazanıb. Niderland “Feyenoord”u ilə ev oyununda Rafinya dubl edib. Kataloniya təmsilçisinin qalan qollarını yeni transfer Karim Adeyemi, Lamin Yamal və Qabriel Jezus vurub. “Feyenoord” isə Sem Steynin qolu ilə təsəlli tapıb.
Azərbaycan təmsilçisi “Sabah”ın daha bir gələcək rəqibi İngiltərə “Arsenal”ı İtaliyada “Napoli”ni Martin Ödeqorun qolu ilə yenib.
Norveç “Vikinq”i isə Almaniyada “Ştutqart”a uduzub – 1:3. Meydan sahiblərinin hər üç qolunu Ermedin Demiroviç vurub. Qonaq komandadan isə Zlatko Tripiç fərqlənib. Qolların hamısı ilk yarıya təsadüf edib.
Nəhayət, İngiltərədə “Liverpul” İspaniyanın “Atletiko Madrid” komandası üzərində əzmkar qələbə qazanıb – 2:1. Hesabı qonaqların futbolçusu Markos Lyorente açsa da, Dominik Soboslai və Aleksis Makalister meydan sahiblərinin qollarını vuraraq, qələbəni təmin ediblər.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
9 sentyabr
20:45. “Barselona” (İspaniya) – “Feyenoord” (Niderland) – 5:1
Qollar: Rafinya, 3; 57. Karim Adeyemi, 22. Lamin Yamal, 77. Qabriel Jezus, 85 – Sem Steyn, 82
20:45. “Ştutqart” (Almaniya) – “Vikinq” (Norveç) – 3:1
Qollar: Ermedin Demiroviç, 20; 26; 32 – Zlatko Tripiç, 22
23:00. “Liverpul” (İngiltərə) – “Atletiko Madrid” (İspaniya) – 2:1
Qollar: Dominik Soboslai, 40. Aleksis Makalister, 50 – Markos Lyorente, 17
23:00. “Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə) – 0:1
Qol: Martin Ödeqor, 75
23:00. PSJ (Fransa) – “Slovan Bratislava” (Slovakiya) – 6:1
Qollar: Usman Dembele, 17; 23. Ferran Torres, 31; 47; 57. Fabian Ruis, 88 – Suleyman Kamara, 59
23:00. “Sportinq” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə) – 3:1
Qollar: Jeni Katamu, 27. Luis Suares, 57 (pen.). Rodriqo Salasar, 63 – Qonsalu İnasiu, 5 (öz qapısına)



No Comment! Be the first one.