"Qalatasaray"ın futbolçusu oyunun ən yaxşısı oldu
UEFA-nın texniki müşahidə qrupu Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Ştutqart”la (Almaniya) qarşılaşmada “Qalatasaray”ın (Türkiyə) yarımmüdafiəçisi Aleksey Batrakovun çıxışını dəyərləndirib.
Sportify.az xəbər verir ki, İstanbuldakı “RAMS Park” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Batrakov 76 dəqiqə meydanda olub və 12-ci, eləcə də 15-ci dəqiqələrdə fərqlənərək dubl edib. Rusiyalı futbolçu UEFA tərəfindən matçın ən yaxşı oyunçusu seçilib.
UEFA-nın texniki müşahidə qrupu yarımmüdafiəçinin hər iki qol epizodundakı oyununu xüsusi qeyd edib:
“İlk qolda onun zərbəni dəqiq tamamlaması və topu qəbul etmə texnikası yüksək səviyyədə idi. İkinci qolda isə hərəkətliliyi diqqət çəkirdi: topu qəbul etmək üçün açılması, müdafiəçini özü ilə apararaq arxada boş zona yaratması və epizodu soyuqqanlı şəkildə tamamlaması xüsusilə fərqlənirdi. Qollarından əlavə, Batrakovun Viktor Osimhenin arxasında “Qalatasaray”ın hücum xəttində oynadığı rol da çox vacib idi”.


No Comment! Be the first one.