Tebas “Real Madrid” rəhbərliyini La Liqaya zərər vurmaqda ittiham edib
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real Madrid” rəhbərliyini liqanın təşəbbüslərinə qarşı çıxmaqda günahlandırıb.
Sportify.az xəbər verir ki, Tebas çempionatın digər iştirakçılarına maliyyə zərəri vurmaqda da Madrid təmsilçisini ittiham edib.
“Real Madrid” La Liqanın həyata keçirdiyi demək olar ki, bütün təşəbbüslərə qəti şəkildə qarşı çıxır. Onların bu mövqeyi televiziya yayım hüquqlarının satışından əldə olunan gəlirlərə ciddi zərər vurur. Başa düşmək lazımdır ki, bu zərər təkcə La Liqa təşkilatına deyil, İspaniyanın digər klublarına da təsir edir” – deyə Tebas “World in Progress” beynəlxalq forumunda çıxışı zamanı bildirib.



No Comment! Be the first one.