Zlomisliç oynadı, Koxalski və Puxaç seyr etdi
UEFA Millətlər Liqasında B Liqasının ilk turunda Polşa ilə Bosniya və Herseqovina milliləri üz-üzə gəlib.
Sportify.az xəbər verir ki, Varşava şəhərindəki “Narodovi” stadionunda təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.
Polşa yığmasının heyətinə dəvət almış futbolçulardan “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç və “Qarabağ”ın sabiq qapıçısı, hazırda “Vyeçista”da çıxış edən Mateuş Koxalski sonadək ehtiyatda qalıb. Əvəzində “Qarabağ”ın hazırkı əsas qolkiperi Martin Zlomisliç start heyətdə yer alıb və sonadək qapısını toxunulmaz saxlayıb.



No Comment! Be the first one.