Asiya Kuboku təxirə salındı
2027-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan futbol üzrə Asiya Kuboku regionda baş verən hücumlar və təhlükəsizlik vəziyyəti ilə əlaqədar təxirə salınıb.
Sportify.az BBC-yə istinadən xəbər verir ki, əvvəlcə 2027-ci il yanvarın 7-dən fevralın 5-dək keçirilməsi nəzərdə tutulan turnirin tarixləri dəyişdirilib.
Yarışın yeni tarixləri 2027-ci il dekabrın 23-dən 2028-ci il yanvarın 21-dək müəyyənləşdirilib.
Asiya Futbol Konfederasiyasının (AFC) qərarına əsasən, bu dəyişiklik regionda yaranmış fövqəladə vəziyyət, logistika çətinlikləri və nəqliyyat əlaqələrində yaranan problemlərlə bağlıdır. Yeni təqvim FIFA-nın təsdiqinə təqdim olunacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər Riyadda oktyabr ayında husilərin raket hücumu nəticəsində 13 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Ölkədə təhlükəsizlik vəziyyəti ilə əlaqədar bir sıra idman tədbirləri də təxirə salınıb və ya ləğv edilib.



No Comment! Be the first one.