Babək Quliyev UEFA tərəfindən təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Sportify.az xəbər verir ki, Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2027-ci il seçmə mərhələsinin 11-ci qrupunun oyunlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Babək Quliyev noyabrın 11-də Macarıstan – Şimali Makedoniya, noyabrın 14-də Şimali Makedoniya – San Marino, noyabrın 17-də isə San Marino – Macarıstan qarşılaşmalarına təyinat alıb.



No Comment! Be the first one.