Kleşyov Kvaratsxeliyanın “Qızıl top”u niyə qazana bilmədiyini açıqlayıb
“France Football” nəşrinin “Qızıl top” mükafatında Rusiyanı təmsil edən münsif Konstantin Kleşyov Fransanın PSJ klubunun vingeri Xviça Kvaratsxeliyanın 2026-cı ilin ən nüfuzlu fərdi mükafatını qazana bilməməsinin səbəbini açıqlayıb.
Sportify.az “championat.com”a istinadla xəbər verir ki, Kleşyov bunu onların üstünlüyünü müəyyən edə biləcək əlavə turnirin olmaması ilə əlaqələndirib.
— Sizin ilk üçlüyə ən yaxın gördüyünüz futbolçular Messi və Kvaratsxeliyadır.
— Bəli, onlar məhz ilk üçlüyün arxasında qərarlaşırlar. Lakin Xviça dünya çempionatında oynamayıb, Messi isə Çempionlar Liqasında iştirak etməyib. Onların üstünlüyünü müəyyən edə biləcək əlavə turnir olmadı. Bununla yanaşı, Mbappe heç bir titul qazanmayıb, amma fərdi statistikası o qədər yüksəkdir ki, qələbə üçün real namizədə çevrilib. Həmkarlarımın Rodriyə dördüncü yer verdiyini gördüm. Bu seçimlə mübahisə etmək çətindir — o, dünya çempionatının ən yaxşı futbolçusu oldu. Lakin onun fərdi göstəriciləri namizədlərin böyük əksəriyyətindən xeyli geridədir. Buna baxmayaraq, onun dünya çempionatının qəhrəmanı kimi qəbul edilməsi öz sözünü dedi.



No Comment! Be the first one.