Kovaç “Bavariya” ilə oyunu şərh etdi
Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç Almaniya çempionatının 8-ci turunda “Bavariya” ilə 2:2 hesablı heç-heçədən sonra komandasının oyununu dəyərləndirib.
Sportify.az xəbər verir ki, mütəxəssis oyunun asan başa gəlmədiyini etiraf edib.
“Əgər Münhendə topa 50 faiz nəzarət edirsinizsə, deməli, bir çox şeyi düzgün etmisiniz. Rəqibə çoxsaylı təhlükəli epizodlar yaratmağa imkan vermədik. Aydındır ki, ikinci hissədə daha ciddi təzyiqlə üzləşdik. Buna baxmayaraq, hesabda geriyə düşdükdən sonra belə futbolçular özlərinə inanmaqda davam etdilər. Dördlü müdafiə xətti ilə oynadıq. Məqsədimiz rəqibi daha yuxarıda qarşılamaq və “Bavariya” futbolçularının, xüsusilə də tez-tez mərkəzə doğru hərəkət edən cinah müdafiəçilərinin irəliləmələrinə nəzarət etmək idi. Futbolçular bu baxımdan əla iş gördülər. Münhendə oyun ərzində iki dəfə hesabı bərabərləşdirmək olduqca çətindir. Buna görə də düşünürəm ki, tamamilə layiqli bir xal qazandıq” – deyə Kovaç “Bavariya”nın rəsmi saytına bildirib.



No Comment! Be the first one.