Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti oyunlarını keçiriblər.
Sportify.az xəbər verir ki, kişilərdən ibarət yığma IX turda Ermənistan komandası ilə qarşılaşıb.
Komanda ermənilərə 1,5:2,5 hesabı ilə uduzub.
Dördüncü lövhədə mübarizə aparan Rauf Məmmədov məğlub olub. Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı və Məhəmməd Muradlı isə partiyalarını heç-heçə ilə bitiriblər.
Qadınlardan ibarət milli isə Çexiya seçməsi ilə üz-üzə gəlib.
Ülviyyə Fətəliyeva, Gövhər Bəydullayeva, Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərinə qalib gəliblər – 4:0.
8 turdan sonra Azərbaycan millilərindən kişilər 13 xalla 5-ci, qadınlar isə 11 xalla 21-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq.



No Comment! Be the first one.