"Monako" ÇSKA-nın futbolçusunu istəyir
Fransanın “Monako” klubu Moskva ÇSKA-sının yarımmüdafiəçisi Matvey Kislyakla maraqlanır.
Sportify.az xəbər verir ki, bu barədə “championat.com” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Monako”nun idman direktoru Tiaqo Skuro Kislyakın nümayəndələri ilə əlaqə saxlayır. Bununla belə, Fransa klubu futbolçu ilə bağlı transfer təklifi verməyə yalnız yarımmüdafiəçisi Lamin Kamaranın satışından sonra hazır olacaq.
Kislyak ÇSKA-nın əsas komandasında bütün turnirlərdə 100 oyuna çıxıb. O, bu matçlarda 13 qol vurub və 12 məhsuldar ötürmə edib. Futbolçunun Moskva klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalının məlumatına əsasən, 21 yaşlı yarımmüdafiəçinin bazar dəyəri 25 milyon avro qiymətləndirilir.



No Comment! Be the first one.