“Sassuolo” Robertonu baş məşqçi vəzifəsinə gətirir
İtaliya klubu “Sassuolo” yeni baş məşqçisini müəyyənləşdirib.
Sportify.az xəbər verir ki, komandaya italiyalı mütəxəssis Roberto D’Aversa rəhbərlik edəcək. Bu barədə “Sportitalia”, “Sky Sport Italia” və tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbələrin məlumatına görə, 51 yaşlı məşqçi ilə 2026/27 mövsümünün sonunadək müqavilə imzalanacaq. Sazişdə avtomatik uzadılma bəndi nəzərdə tutulmayıb. Bununla belə, uğurlu nəticələr əldə olunacağı təqdirdə müqavilənin şərtlərinə yenidən baxıla bilər.
Bu təyinat Alberto Akvilaninin istefasından sonra reallaşıb. Mütəxəssis A Seriyasında ardıcıl beş məğlubiyyətdən, o cümlədən “Roma”ya 0:3 hesablı yenilgdən sonra vəzifəsindən ayrılıb. Akvilani ötən yay “Sassuolo”ya rəhbərlik etməyə başlamışdı.
Qeyd edək ki, “Sassuolo” A Seriyasında 11 turdan sonra 8 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
D’Aversa “Torino”dakı uğurlu fəaliyyətindən sonra yenidən A Seriyasına qayıdır. O, ötən mövsüm Turin təmsilçisini aşağı liqaya düşməkdən xilas edib. Mütəxəssis daha əvvəl “Parma”, “Sampdoriya”, “Leççe” və “Empoli” komandalarını da çalışdırıb.



No Comment! Be the first one.