Baş məşqçi rəqib futbolçuya başla zərbə endirdi
İngiltərə klubu “Oldhem”in baş məşqçisi Miki Mellon İngiltərə Kubokunun ilk mərhələsində “Şeffild Uensdey” ilə keçirilən oyunda (2:1, əlavə vaxtda) rəqib futbolçuya başla zərbə endirdiyi üçün meydandan qovulub.
Sportify.az xəbər verir ki, bu barədə PA agentliyi məlumat yayıb.
Hadisə 84-cü dəqiqədə, hesab 1:1 olarkən baş verib. 54 yaşlı şotlandiyalı mütəxəssis “Şeffild Uenzdey”in yarımmüdafiəçisi Kallum Sletterinin boynundan tutaraq onu özünə tərəf çəkib və başı ilə üz nahiyəsinə zərbə endirib. Bundan sonra futbolçu yerə yıxılıb.
Hadisə meydanda hər iki komandanın futbolçuları və məşqçi heyətləri arasında kütləvi qarşıdurmaya səbəb olub. Gərginlik səngidikdən sonra baş hakim Martin Vuds Mellona birbaşa qırmızı, Sletteriyə isə sarı vərəqə göstərib.
Baş məşqçinin meydandan qovulmasına baxmayaraq, dördüncü divizion təmsilçisi “Oldhem” üçüncü divizionda çıxış edən rəqibini məğlub etməyi bacarıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Uill Satton 110-cu dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb.
Mellonun bu hadisəyə görə üç oyunluq diskvalifikasiya alacağı gözlənilir.



No Comment! Be the first one.