“Mançester Yunayted” Kerrikin istefasını bu gün açıqlaya bilər
İngiltərə klubu “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrikin istefası bu gün açıqlana bilər.
Sportify.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin məlumatına görə, 45 yaşlı mütəxəssisin gələcəyi ilə bağlı yekun qərar hələ verilməyib. Klub rəhbərliyi onun fəaliyyətini qiymətləndirir. Mümkün istefa qərarı isə “Mançester Yunayted”in ortaq sahibləri olan Qleyzerlər ailəsi və Cim Retkliff tərəfindən təsdiqlənməlidir.
Daha əvvəl “The Guardian” nəşri Mançester təmsilçisinin rəhbərliyinin Kerriklə yollarını ayırmağa meyilli olduğunu yazmışdı. Klubun baş direktoru Omar Berada və idman direktoru Ceyson Uilkoks artıq mümkün əvəzləyicilərin namizədliyini nəzərdən keçirirlər. Namizədlər arasında Maurisio Poçettino, Yulian Naqelsman və Eddi Hau da var.



No Comment! Be the first one.