Ukrayna klubu ona Rusiya millisi ilə oyunda iştirak etməyə icazə vermədi
Ukraynanın “Polesye” klubu futbolçusu Andres Arauxoya Venesuela millisinin Rusiya yığması ilə keçirəcəyi yoldaşlıq görüşündə iştirak etməyi qadağan edib.
Sportify.az xəbər verir ki, bu barədə Jitomir təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Venesuela Futbol Federasiyası futbolçunu noyabr ayında keçiriləcək iki yoxlama oyununa dəvət edib. Venesuela millisi noyabrın 14-də İspaniyanın Bilbao şəhərində Basklar ölkəsinin, noyabrın 17-də isə Krasnodarda Rusiya yığmasının qonağı olacaq.
“Polesye” rəhbərliyi Arauxonun yalnız ilk qarşılaşmada iştirakına razılıq verib.



No Comment! Be the first one.