“Turan Tovuz”un qapıçısı milliyə dəvət aldı
“Turаn Tovuz”un qapıçısı Oleq Baklov Tacikistan milli komandasına dəvət alıb.
Sportify.az xəbər verir ki, baş məşqçi İqor Angelovski qapıçını “King’s Cup 2026” beynəlxalq turnirində iştirak edəcək komandanın yekun heyətinə daxil edib.
Tacikistan millisi noyabrın 14-dən 19-dək Tailandın Sisaket şəhərində keçiriləcək turnirdə mübarizə aparacaq.



No Comment! Be the first one.