PSJ Ferran Torresi Niko Pasın transferinə daxil edə bilər
Fransa klubu PSJ “Komo”nun yarımmüdafiəçisi Niko Pası transfer etmək üçün Ferran Torresi mümkün razılaşmaya daxil etməyi nəzərdən keçirir.
Sportify.az xəbər verir ki, bu barədə “Sport.fr” məlumat yayıb.
Mənbənin məlumatına görə, Paris klubunun baş məşqçisi Luis Enrike 2026-cı ilin yayında “Barselona”dan transfer edilən Torresin çıxışlarından narazıdır. İspaniyalı mütəxəssis hücumçudan daha yüksək məhsuldarlıq və komandanın oyununda daha fəal iştirak gözləyirmiş.
Daha əvvəl Torresin “Barselona”ya qayıtması variantı da müzakirə olunub. Lakin Kataloniya klubu bu istiqamətdə təşəbbüs göstərmir.
PSJ Niko Pasın transferi qarşılığında “Komo”ya 60 milyon avro və Ferran Torresi təklif edə bilər. Bununla belə, klublar arasında hələlik konkret danışıqlar başlamayıb.
Qeyd edək ki, 26 yaşlı Torres bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.



No Comment! Be the first one.