Çempionlar Liqası: “Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlandı
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlanıb.
Sportify.az xəbər verir ki, Naxçıvan təmsilçisi oktyabrın 27-də Macarıstanın “Uypest”, ertəsi gün Bosniya və Herseqovinanın “Buba Mara” komandaları ilə qarşılaşacaq.
“Qırmızı-ağlar” qrupda son görüşünü oktyabrın 30-da yerli “Piast”a qarşı keçirəcək.
Qeyd edək ki, 5-ci qrupun oyunları Polşanın Qlivice şəhərindəki “Prezero Arena”da keçiriləcək. Qarşılaşmaların başlama saatı hələ açıqlanmayıb.



No Comment! Be the first one.