Klub sahibi göz yaşları içində komandasının satışına başladı
ABŞ-nin “Monreal” klubunun sahibi Coi Saputo komandanın satış prosesinə başlanıldığını açıqlayıb.
Sportify.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
68 yaşlı iş adamı 1992-ci ildə qurulduğu gündən klubun sahibidir. O, mətbuat konfransı zamanı göz yaşlarını saxlaya bilməsə də, qərarının təcili zərurətdən irəli gəlmədiyini vurğulayıb.
Saputo klubun Monreal şəhərində qalmasını istədiyini bildirib. Bununla belə, komandanı başqa şəhərə köçürə biləcək alıcıya satış ehtimalını da istisna etməyib.
“Klubu sadəcə satmaq xatirinə satmayacağam. Əgər alıcının komandanı lazımi səviyyədə saxlamaq üçün imkanları yoxdursa, onu yalnız burada qalması naminə satmaqla heç kimə yaxşılıq etmiş olmaram”, – deyə iş adamı bildirib.
“Forbes” nəşrinin qiymətləndirməsinə görə, “Monreal”ın dəyəri təxminən 435 milyon dollardır. Müqayisə üçün qeyd edək ki, MLS-də son dövrlərdə “Sportinq Kanzas-Siti” 700 milyon, “Kolumbus” isə 900 milyon dollar dəyərində qiymətləndirilib. Saputo 2012-ci ildə klubun MLS-ə qoşulması üçün 40 milyon dollar ödəyib.
“Monreal” son illərdə liqanın ən az xərc çəkən klublarından biri olub və nəticələri ilə də diqqət çəkməyib. Komanda 2016-cı ildən bəri pley-off mərhələsində cəmi bir qələbə qazanıb. Saputo etiraf edib ki, yeni sahib rəqiblərlə rəqabət aparmaq üçün kluba daha çox investisiya qoymalı olacaq.
Alıcı tapılana qədər klub Saputo ailəsinin idarəçiliyində qalacaq.
Qeyd edək ki, “Monreal” 2026-cı il MLS mövsümündə Şərq Konfransında 34 oyundan topladığı 26 xalla sonuncu – 15-ci yeri tutub.



No Comment! Be the first one.