Poçettino “Mançester Yunayted” üçün hazırdır
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino “Mançester Yunayted”ə rəhbərlik etmək ehtimalını istisna etmir.
Sportify.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mənbənin məlumatına görə, argentinalı mütəxəssis 2026-cı ilin avqustunda ABŞ Futbol Federasiyası ilə müqaviləsini uzatmasına baxmayaraq, İngiltərə klubundan gələcək təklifi nəzərdən keçirməyə hazırdır. Müqavilədə 54 yaşlı məşqçiyə müəyyən aparıcı klublarda işləmək üçün milli komandadan vaxtından əvvəl ayrılmağa imkan verən xüsusi şərtlər nəzərdə tutulub.
“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Maykl Kerrikin mümkün əvəzləyicilərini nəzərdən keçirir. Onun istefaya göndərilməsi ehtimalının artdığı bildirilir.
Daha əvvəl klub rəhbərliyinin Eddi Hau və Yulian Naqelsmanla əlaqə saxlayaraq komandada işləməyə maraqlarını öyrəndiyi açıqlanmışdı. “Napoli”nin baş məşqçisi Antonio Konte də namizədlər arasındadır. İtaliyalı mütəxəssisin də bu vəzifəyə maraq göstərdiyi bildirilir.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının 10 turundan sonra 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.



No Comment! Be the first one.