“Milan” Yunus Musanın müqaviləsini uzatmaq istəyir
İtaliya klubu “Milan” yarımmüdafiəçisi Yunus Musanın müqaviləsinin uzadılması istiqamətində ilkin addımlar atıb.
Sportify.az xəbər verir ki, “Calciomercato” nəşrinin məlumatına görə, klub futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq yeni müqavilənin şərtlərini müzakirə etməyə başlayıb.
Mənbənin bildirdiyinə görə, komandanın baş məşqçisi Ruben Amorim 23 yaşlı amerikalı futbolçunun işgüzarlığını, keçid fazalarındakı fiziki gücünü və universallığını yüksək qiymətləndirir. Musa meydanın bir neçə mövqeyində çıxış etmək qabiliyyətinə malikdir.
“Milan” rəhbərliyi də yarımmüdafiəçinin komanda üçün əhəmiyyətini yüksək qiymətləndirir. Hazırda futbolçu mövsümə 2 milyon avro maaş alır. Onun yeni müqaviləsinin 2026/27 mövsümünün sonunadək rəsmiləşdirilməsi gözlənilir. Bunun üçün Musanın hazırkı oyun səviyyəsini qoruması vacibdir.
Qeyd edək ki, futbolçunun hazırkı müqaviləsi 2028-ci il iyunun 30-na qədər qüvvədədir. Musa 2026/27 mövsümündə meydana çıxdığı 14 oyunda məhsuldar göstərici ilə yadda qalmayıb.
“Transfermarkt” portalı amerikalı yarımmüdafiəçinin bazar dəyərini 18 milyon avro qiymətləndirir.



No Comment! Be the first one.