Oyun zamanı ürəyi dayanan futbolçu öldü
İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migel 30 yaşında dünyasını dəyişib.
Sportify.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniya Sequndasının 12-ci turunda “Andorra” ilə keçirilən matçın son dəqiqələrində rəqib komandanın qapıçısı Xesus Ovononun sinəsinə zərbəsindən sonra De Migel yerə yıxılıb. Futbolçunun səhhətində yaranan problemlə görə 2:2 hesabı ilə davam edən qarşılaşma dayandırılıb.
30 yaşlı hücumçu xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsi ilə onu həyata qaytarmaq mümkün olsa da, De Migel noyabrın 3-də səhər saatlarında xəstəxanada vəfat edib.
Qeyd edək ki, futbolçu noyabrın 2-dən xəstəxanada müalicə alırdı. Onun reanimasiyada olduğu müddətdə sərbəst nəfəs aldığı bildirilirdi.



No Comment! Be the first one.