Bütün oyunlarda qalib gələn yeganə komanda
Avropanın yüksək liqalarında mübarizə aparan komandalar arasında çempionatın bütün oyunlarında qələbə qazanan yalnız bir klub var.
Sportify.az xəbər verir ki, 54 ölkənin yüksək liqalarında çıxış edən 734 komanda arasında indiyədək xal itirməyən yeganə kollektiv Portuqaliya klubu “Portu”dur. Françesko Fariolinin rəhbərlik etdiyi komanda Portuqaliya çempionatında keçirdiyi 11 oyunun hamısında qələbə qazanıb.
Bununla yanaşı, ölkə çempionatlarında hələ də məğlub olmayan komandaların sayı 24-dür. Son bir həftə ərzində bu göstərici 6 klub azalıb.



No Comment! Be the first one.