“Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verə bilmir
İngiltərə klubu “Mançester Yunayted”də Maykl Kerrikin gələcəyi ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Sportify.az xəbər verir ki, komanda İngiltərə Premyer Liqasında 10 turdan sonra 18-ci pillədə – aşağı liqaya düşmə zonasındadır. “Qırmızı şeytanlar” bu mövsüm çempionatda cəmi bir qələbə qazanıblar.
BBC-nin məlumatına görə, klubun direktorlar şurası baş məşqçinin gələcəyi ilə bağlı hələ də yekun qərara gəlməyib. Kerrikə son üç matç vəziyyəti dəyişmək bacarığını nümayiş etdirmək üçün fürsət kimi verilib. Həmin görüşlərdə “Mançester Yunayted” “Roma”ya qalib gəlib, “Aston Villa” ilə heç-heçə edib, “Çelsi”yə isə məğlub olub.
Nəticələr fərqli olsa da, futbolçular bu oyunlarda xarakter nümayiş etdirib və baş məşqçiyə dəstək olduqlarını göstəriblər.
Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə klub rəhbərliyinə vəziyyəti daha sakit şəraitdə yenidən qiymətləndirmək imkanı verəcək.



No Comment! Be the first one.